Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayevin ölüm səbəbi bəlli olub.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, yaxınları sosial şəbəkələrdə onun açıq ürək əməliyyatı keçirdiyini, daha sonra komaya düşdüyünü və ayılmadığının qeyd ediblər.
Teymur Heydər oğlu Yəhyayev 1 yanvar 1955-ci ildə Masallı rayonun Ərkivan kəndində anadan olub.
O, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, “İTAR-TASS” Analitik-İnformasiya Agentliyində əvvəlcə müxbir, daha sonra direktor vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.
1991-ci ildə Masallının icra başçısı təyin olunub, 1992-ci il iyunun 2-də vəzifədən azad edilib. Qısa fasilədən sonra – 1993-cü ildə ikinci dəfə Masallı rayonun icra başçısı olub, 2000-ci ilədək bu postu tutub.
Daha sonra yazar və politoloq kimi fəaliyyət göstərib.
***16:57
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Keçmiş icra başçısının Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişdiyi bildirilir.