İsrailin Baş naziri Benyamin Netanyahu süni intellektlə (Sİ) hazırlanmış video paylaşıb.
Globalinfo.az xəbər verir ki, videoda İranın Ali rəhbəri Müctəba Xamenei xəstəxana çarpayısında uzanmış vəziyyətdə təsvir edilir.
Süni intellekt vasitəsilə yaradılan Xamenei obrazı jurnalistə açıqlamasında İsraildə keçiriləcək seçkilərdə Netanyahuya səs verəcəyini bildirir.
“Mən Bibiyə (Netanyahuya) səs verəcəyəm. Bu nə sualdır belə?” – Sİ obrazı deyir.
Netanyahu paylaşımına şərh olaraq “Hətta Müctəba da bilir: İranı yalnız “Likud” dayandıra bilər” sözlərini yazıb.
Qeyd edək ki, video Netanyahunun seçki kampaniyası çərçivəsində yayımlanıb. Çarxın sonunda “Likud” Partiyasının “Seçki məntəqələrinə gedirik, səs veririk və qalib gəlirik” məzmunlu şüarı səsləndirilir.
Əliyar Xəlil
Globalinfo.az