Albaniyanın paytaxtı Tiranada ali təhsil sahəsində hökumətin siyasətinə etiraz edən tələbələrlə xüsusi təyinatlı polis qüvvələri arasında toqquşma baş verib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Globalinfo.az bildirir ki, “EFE” agentliyinin məlumatına görə, tələbələrin etirazları ötən həftənin əvvəlində başlayıb.
Həmin vaxt nümayişçilər bir sıra dövlət qurumlarının, o cümlədən Təhsil və Maliyyə nazirliklərinin, eləcə də Apellyasiya Məhkəməsinin binalarını yandırmağa cəhd ediblər.
2013-cü ildən hakimiyyətdə olan Albaniyanın sosialist baş naziri Edi Rama vəziyyətin gərginləşməsinə görə sosial şəbəkələrdə yayılan dezinformasiyaları və ifrat solçu qrupları günahlandırıb.
Əliyar Xəlil