Lənkəranda 57 yaşlı kişi ölüb.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.
Liman şəhər sakini, 1969-cu il təvəllüdlü Fizuli Həsənov kənd ərazisindən keçən Viravul çayında balıq tutarkən naməlum şəraitdə həyatını itirib.
Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Kişinin elektrik cərəyanının təsiri nəticəsində ölməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.