zelenski 1 900x506 1

Ukrayna Prezidenti Volodimir Zelenski Krımın Rusiyanın nəzarətində tanınmasını və yarımadaya quru dəhlizinin yaradılmasını nəzərdə tutan sülh planını qəti şəkildə rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 2023-cü ilin əvvəllərində qeyri-rəsmi vasitəçilərdən ibarət qrup Rusiya Prezidenti Vladimir Putinə müharibənin dayandırılması ilə bağlı plan təklif edib. Planın şərtlərinə əsasən, Rusiya qoşunlarını 2022-ci ilin fevralında olan vəziyyəti, yəni Krım və Donbasdakı mövqelərə qaytarmalı, Ukrayna isə bunu tanımalı və yarımadaya quru dəhlizi verməli idi. Buna cavab olaraq Kiyev NATO ölkələrindən təhlükəsizlik zəmanəti alacaqdı.

Təklifi Putinə Ştazinin keçmiş əməkdaşı və onun uzunmüddətli tanışı Mattias Varniq çatdırıb. Onun sözlərinə görə, Putin təklif olunan təmas xəttini müzakirə etməyə razılaşıb, Ukraynanın NATO-ya üzvlüyünü istisna edib, lakin onun Aİ-yə daxil olmasına qarşı çıxmayıb. Lakin Volodimir Zelenski və onun ətrafı heç bir ərazi güzəştinə getməyəcəklərini bildirərək bu plandan imtina ediblər.

Əliyar Xəlil,
Globalinfo.az

Paylaş: