
“TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, layihənin reallaşdırılması Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyasına da şərait yaradacaq.
Paşinyan qeyd edib ki, TRIPP çərçivəsində Bəsrə körfəzi ilə Qara dəniz arasında dəmir yolu bağlantısının yaradılması üçün yeni imkanlar ortaya çıxa bilər:
“Bu, nəqliyyat əlaqələri baxımından əhəmiyyətli hadisə olacaq və Ermənistan, Azərbaycan, Gürcüstan və İran üçün ciddi dəyişikliklərə yol aça bilər”.
Safura Bənnayeva
Globalinfo.az