
“ABŞ-ın Tehrana qarşı mümkün dəniz blokadası, hava məkanına məhdudiyyətlər və iqtisadi təzyiq siyasəti nəticəsiz qalacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
Qalibafın sözlərinə görə, Vaşinqtonun İranın ticarət yollarına təzyiq göstərmək cəhdləri hərbi qarşıdurma ilə nəticələnə və ABŞ üçün arzuolunmaz nəticələr doğura bilər:
“İrana qarşı tətbiq edilən mühasirə gec-tez aradan qaldırılacaq. İran xalqı təhdid və təzyiq vasitəsilə geri addım atmayacaq. ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı son çıxışına diqqət etsək görərik ki, Vaşinqtonun Tehranla bağlı mövqeyində dəyişiklik olmayacaq”.
Safura Bənnayeva
Globalinfo.az