“Nyu-Yorka gedən İran Prezidenti Məsud Pezeşkian həbs oluna bilər və buna görə çox nigaranıq”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlmentinin deputatı Qasım Rəvanbəxş deyib.
“Biz bir neçə ay əvvəl liderimizi həyasızcasına şəhid edən və Venesuela prezidentini qaçıran Amerika ilə müharibə vəziyyətindəyik. Həkimləri həbs etmək onlar üçün problem deyil. Ancaq bu bizim üçün məğlubiyyətdir”, – o əlavə edib.
Rəvanbəxş Pezeşkianın ABŞ Prezidenti Donald Trampla görüşməsinə də qarşı çıxıb:
“Tramp Pezeşkianla görüşməyə hazır olduğunu açıqlayıb, ancaq son anda görüşü ləğv etməsi mümkünür. Bunun baş verəcəyi halda görüş üçün şərtlər irəli sürəməsi təqdirdə İranın nüfuzuna xələl gətirmiş olacaq”.
Əliyar Xəlil
Globalinfo.az