WhatsApp Image 2026 09 14 at 17.43.01

Daşkəsən Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə yaradılmış rayon Qərargahının növbəti iclası olub və təsərrüfatlara yerində baxış keçirilib.

Globalinfo.az bildirir ki, iclasda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Prezident Administrasiyasının məsul əməkdaşı Ziya Məmmədov, Qərargah üzvləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan icra başçısı Orxan Abbasov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin stimullaşdırılması və aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, dövlət tərəfindən fermerlərə göstərilən dəstək, o cümlədən kənd təsərrüfatı subsidiyalarının verilməsi aqrar istehsalın genişləndirilməsinə, məhsuldarlığın artırılmasına və kənd təsərrüfatı ilə məşğul olan sahibkarların fəaliyyətinin stimullaşdırılmasına əlverişli şərait yaradır. İcra başçısı Dövlət Proqramının Daşkəsən rayonunda kənd təsərrüfatının inkişafı, mövcud potensialdan səmərəli istifadə olunması və yeni təsərrüfat sahələrinin təşkili baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dövlət dəstəyi və subsidiyalardan səmərəli yararlanılmasının, fermerlərin maarifləndirilməsinin, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icrasının, eləcə də aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.

Prezident Administrasiyasının məsul əməkdaşı Ziya Məmmədov isə çıxışında deyib ki, Daşkəsəndə yeni təsərrüfatların formalaşdırılması və kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı təşəbbüslərin dəstəklənməsi Dövlət Proqramının məqsədlərinə uyğun nəticələrin əldə olunmasına xidmət edəcək. Bundan əlavə, Dövlət Proqramı üzrə nəzərdə tutulan tədbirlərin icrasında məsuliyyətli və koordinasiyalı fəaliyyət, görülən işlərin nəticələrinin mütəmadi təhlili və qiymətləndirilməsi qarşıya qoyulan hədəflərə çatmaq məqsədi daşıyır.

İclasda Qərargah üzvlərinin də çıxışları dinlənilib. Çıxışlarda rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində mövcud vəziyyət, problemlər və onların həlli istiqamətində görüləcək işlər, habelə Dövlət Proqramından irəli gələn təkliflər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Prezident Administrasiyasının məsul əməkdaşı Ziya Məmmədov və Qərargah üzvləri rayon ərazisində fəaliyyət göstərən təsərrüfatların fəaliyyəti ilə yerində tanış olublar. Onlar Etibar Alıyevə məxsus “Ağbaba” iribuynuzlu heyvandarlıq, Rasim Əzizovun arıçılıq, Cəsarət Bayramovun balıqçılıq, həmçinin Namiq Əsgərova məxsus “Əsgəroğlu” MMC-nin qoyunçuluq və maldarlıq təsərrüfatlarına baxış keçiriblər. Baxış zamanı təsərrüfatların fəaliyyəti, istehsal imkanları, mövcud infrastruktur və məhsuldarlığın artırılması üçün potensial imkanlar qiymətləndirilib, fermerlərin təklif və müraciətləri dinlənilib, dövlət dəstəyi mexanizmlərindən, o cümlədən subsidiya imkanlarından səmərəli istifadə ilə bağlı fikir mübadiləsi aparılıb.

Sahibkarlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, fermerlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə həyata keçirilən dəstək tədbirlərdən və yaradılan imkanlardan razılıqlarını ifadə ediblər.

WhatsApp Image 2026 09 14 at 17.43.01 1

WhatsApp Image 2026 09 14 at 17.43.02 3

WhatsApp Image 2026 09 14 at 17.43.02 2 WhatsApp Image 2026 09 14 at 17.43.02 1 WhatsApp Image 2026 09 14 at 17.43.02 WhatsApp Image 2026 09 14 at 17.43.03 1

WhatsApp Image 2026 09 14 at 17.43.03

Paylaş: