Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ararat icmasında yerləşən Kərki (Tiqranaşen) adlı bir yaşayış məntəqəsi olacaq, amma hansı sərhədlər daxilində olacağı başqa sualdır.
Paşinyanın sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometrlik Ermənistan ərazisinə Kərki və digər anklavlar daxil olmayıb, lakin Başkənd (Artsvaşen) daxil olub.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Norvuzov deyib ki, Nikol Paşinyanın Kərki ilə bağlı səsləndirdiyi fikirlər rəsmi İrəvanın artıq bu kəndi də Azərbaycan ərazisi kimi tanıdığını deməyə əsas verir:
“Bu, əlbəttə, müsbət siqnaldır. Görünür, Ermənistan hakimiyyəti xalqına və müxalifətə də müəyyən mesajlar verir. İstisna deyil ki, Paşinyanın bu bəyanatı Bakı-İrəvan xəttində baş verən müəyyən diplomatik təmasların nəticəsidir.
Sülh sazişi imzalanmazdan əvvəl Kərkinin Azərbaycana qaytarılması məsələsinin gündəmə gəlməsi mümkündür”.
Turan Rzayev
Globalinfo.az