WhatsApp Image 2026 09 13 at 22.39.16

İranın mühafizəkar qüvvələri iyulun əvvəlində Prezident Məsud Pezeşkiandan xəbərsiz şəkildə Hörmüz boğazında üç ticarət gəmisinə atəş açılması barədə əmr verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb.

Məlumata görə, həmin vaxt İraqda olan Pezeşkian hadisədən xəbər tutduqdan sonra SEPAH-ın baş komandanı Vəhidiyə zəng edib. Prezident baş verənlərə sərt reaksiya göstərərək bu addımı məsuliyyətsizlik adlandırıb və izahat tələb edib.

Vəhidi isə Pezeşkianı hücum əmrini özünün vermədiyinə və hadisədən xəbərsiz olduğuna əmin edib.

“The New York Times”ın iddiasına əsasən, ticarət gəmilərinə hücum qərarını SEPAH-ın Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri, hazırda isə Bəsic qüvvələrinin rəhbəri olan Hüseyn Tayib verib.

Qəzet bildirir ki, bu məlumat İran hökuməti və təhlükəsizlik strukturları tərəfindən aparılan araşdırma nəticəsində əldə edilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: