livan

Livan BMT-dən cənubdakı sülhməramlı missiyanın (UNIFIL) müddətini uzatmağı istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrinə istinadən yazıb.

Livan hakimiyyəti missiyanın 2026-cı ildə başa çatdırılmasının vaxtından əvvəl olacağını bildirib. Onlar bunun məhdud müddətə uzadılmasını xahiş edib”, – deyə bildirilib.

Qeyd olunub ki, Fransa və Təhlükəsizlik Şurasının digər üzvlərinin böyük hissəsi Livanın müraciətini dəstəkləyib.

Hazırda UNIFIL qüvvələrinin sayı 7 mindən çoxdur.

Missiya 1978-ci ildə yaradılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: