raket 11

Rusiya Dövlət Dumasının deputatı Ukraynaya qarşı “Oreshnik” raket sistemindən yenidən istifadə oluna biləcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib. O qeyd edib ki, Ukraynada mülki əhaliyə qarşı terror hücumlarının artacağı təqdirdə Rusiya “Oreshnik”dən istifadə edə bilər.

“Mülki əhaliyə qarşı terror hücumları artarsa, “Oreshnik”dən istifadə edə bilərik. Düşünürəm ki, Ukrayna artıq “Oreshnik” tərəfindən vurulmağa yaxındır”, – deyə Kolesnik bildirib.

Qeyd edək ki, “Oreshnik” Rusiyanın orta mənzilli ballistik raket sistemlərindən biridir. Moskva daha əvvəl Ukraynaya qarşı bu sistemdən istifadə etdiyini açıqlamışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: