koKScM6QD8ElRThB393NGwo0pqjyH2RfTIKcrj2F 1200

Meksikanın Azərbaycandakı Səfirliyi Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə qəbul təşkil edib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, tədbirdə Şuşada səfərdə olan diplomatik korpus nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan və Meksika nümayəndələri çıxış ediblər.

Bildirilib ki, Şuşada müxtəlif ölkələrin milli günlərinə və mühüm tarixlərinə həsr olunmuş tədbirlərin keçirilməsi, şəhərin Azərbaycanın diplomatik mərkəzlərindən birinə çevrildiyindən xəbər verir.

Qeyd edək ki, bu gün diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri başlayıb.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyətinin tərkibinə 58 ölkənin və 9 beynəlxalq təşkilatın 150 nümayəndəsi daxil olub.

0r1L2u7yBGVjrrzQ653dd7tWA9JPKpXLY0yXXVRo 1200 rSpqzwaGIeqPOLcufPD3N7fain2rDWcu4cH8ykoQ 1200 zDVdA4JYb3GKNekgyhr9zbAIvcWRqyoZ0I99dNct 1200

Paylaş: