iran raket 900x600 1

İran Müdafiə Nazirliyi ölkənin müdafiə sənayesinin fəaliyyətini davam etdirdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda İranın müdafiə sənayesinin yerli imkanlar əsasında formalaşdırıldığı və ölkənin gənclərinin elmi bilik və texniki potensialına söykəndiyi bildirilib.

Açıqlamada vurğulanıb ki, bu sahə “məhv edilə biləcək” bir struktur deyil.

Nazirlik həmçinin, yaxın zamanda İranın müdafiə sənayesinin imkanlarının bir hissəsinin nümayiş etdiriləcəyini bildirib:

“İranın müdafiə sənayesi yaşayır. Tezliklə bu aysberqin yalnız bir hissəsini görəcəksiniz”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: