ukrayna rusiya 900x506 2

Ukrayna ordusu ciddi su və ərzaq çatışmazlığı ilə üzləşib”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Andrey Maroçko deyib.

Onun sözlərinə görə, su və ərzaqla bağlı problemlər logistikanın pozulması səbəbindən yaranıb:

“Rəqib cəbhənin əksər istiqamətlərində vəziyyəti sabitləşdirmək üçün tam müdafiəyə keçib”.

Ekspert əlavə edib ki, yanacaq çatışmazlığı və Rusiya Silahlı Qüvvələrinin zərbələrinin effektivliyi səbəbindən Ukrayna hərbçiləri zirehli texnikadan istifadədən demək olar ki, imtina ediblər.

Bundan əvvəl Maroçko bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatıy Donetsk Xalq Respublikasında cəbhədə vəziyyəti sabitləşdirməyə çalışsa da, buna nail ola bilmir. Onun sözlərinə görə, Rusiya ordusunun hücumu Ukraynanın müdafiə istehkamlarına təzyiq göstərməkdə davam edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: