rusiya ukrayna

Rusiya qüvvələri Ukraynanın Dnepr şəhərinə zərbə endirib.

Globalinfo.az-ın məlumatına görə, hücum nəticəsində logistika şirkətinə məxsus anbarlar zədələnib və ərazidə güclü yanğın baş verib. Şəhərin müxtəlif hissələrində partlayış səslərinin eşidildiyi bildirilib.

Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja hücumu təsdiqləyərək, nəticədə iki nəfərin yaralandığını və onların tibbi yardım aldığını bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: