mina

Ağdamın Sarıcalı kəndi ərazisində traktorla minaya düşən şəxs Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasına gətirilib.

Xəstəxadan Teleqraf-a bildirilib ki, Sarıyev Elmdar Xan oğluna sağ qolun kəsilmiş yarası və sağ daban sümüyünün sınığı diaqnozu qoyulub, ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumat üçün bildirək ki, adıçəkilən şəxs “K-700” markalı texnika ilə sahədə şum işləri apararkən tank əleyhinə minaya düşüb.

***

Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Qeyd edilib ki, Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

***00:00

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib.

İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb.

Paylaş: