1787447893380 israel thua nhan tan cong can cu khong quan syria 12 quoc gia len an my noi gi 20260823074155

Türkiyə ilə İsrail arasında münasibətlər son günlər təhlükəli mərhələyə daxil olub. Suriya faktoru üzərində qarşılıqlı ittihamlar və sərt bəyanatlar barışmazlıq mühitini daha da dərinləşdirib. İsrailin Suriyadakı hərbi bazaya zərbəsi və Ankaranın buna sərt reaksiyası iki ölkənin maraqlarının artıq birbaşa toqquşduğunu göstərir. İsrail Türkiyənin Suriyada siyasi və hərbi mövcudluğunu öz təhlükəsizliyi üçün təhdid hesab edir. Ankara isə İsrailin Suriya ərazisinə qanunsuz hərbi müdaxiləsini qəbuledilməz sayır”.

Bu sözləri Globalinfo.az-a Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib.

Siyasi şərhçi bildirib ki, nəzəri baxımdan iki ölkə arasında getdikcə yüksəlməkdə olan bu gərginlik müharibə riskini artırır:

“Xüsusilə, Suriyada Türkiyə və İsrail hərbi qüvvələrinin getdikcə məsafə baxımından bir-birinə yaxınlaşması kiçik və ilkin toqquşmaları istisna etmir. Bu isə təsadüfi insidentin daha böyük qarşıdurmaya çevrilməsi təhlükəsini artırır. Lakin hazırkı mərhələdə iki ölkənin birbaşa müharibəyə başlaması real görünmür. İsrailin belə bir cəsarət göstərəcəyi inandırıcı deyil. Ərazisinin kifayət qədər kiçik olması, müsəlman ölkələri ilə ziddiyyətləri, beynəlxalq sferada yekəxana davranışı onun məğlubiyyətini qaçılmaz edir.

mutellim rehimov e1746520125131 900x725 1
Mütəllim Rəhimli

Türkiyə və İsrail arasında müharibənin başlaması Qərbi və ABŞ-ı da çıxılmaz vəziyyətə sala bilər. Belə ki, Türkiyə NATO üzvüdür, İsrail də ABŞ-ın əsas regional müttəfiqlərindən biridir. Ona görə də müharibə yalnız Ankara və Təl-Əviv arasında getməyəcək, daha geniş ərazini əhatə edə bilər.

Belə görünür ki, uzunmüddətli soyuq müharibə mütləq hər hansı bir məntiqi nəticə ilə nəticələnməlidir. Çünki regionda güc mərkəzi olmaq uğrunda mübarizə açıq mərhələyə keçib. Üstəlik, İsrail yaranmış vəziyyətdən istifadə edərək ərazilərini genişlədirməkdədir. Bütün bunlar xoş olmayan və müharibə doğuran vəziyyəti daha çox reallığa çevirir”.

Turan Rzayev
Globalinfo.az

 

Paylaş: