WhatsApp Image 2026 08 08 at 00.55.10

ABŞ-ın Viskonsin ştatında 1920-ci ildə inşa edilmiş evə köçən Tımer ailəsi divarın arxasında gizlədilmiş çardaq və ona aparan pilləkən aşkarlayıb.

Glo0balinfo.az xəbər verir ki, Kerol və Treysi Tımer üç övladı ilə birlikdə 2022-ci ildə aldıqları evə köçdükdən bir neçə gün sonra üçüncü mərtəbədəki daxili divarın üzlüyünün altında qapı çərçivəsinin konturunu görüblər.

Damın həcmi ilə binanın xaricindəki yuxarı pəncərələrin yerləşimi arasındakı uyğunsuzluq da yuxarı mərtəbədə qapalı məkanın ola biləcəyinə dair şübhələri artırıb.

Ailə uzun müddət divarın arxasında nə olduğunu bilməyib. Nəhayət, 10 yanvar 2026-cı ildə divarı açmaq qərarına gəliblər. Gipsokarton panel söküldükdən sonra onun arxasında yuxarı mərtəbəyə aparan yüngül, yükdaşıyıcı olmayan taxta pilləkən aşkarlanıb.

Ailənin bu kəşfi evin əvvəllər gizli qalmış hissəsinin illər sonra üzə çıxması ilə böyük marağa səbəb olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: