leninnn

Vladimir Leninə məxsus unikal “Rolls-Royce” 35 ildən sonra qarajdan çıxarılıb.

 Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, vaxtilə Vladimir Leninə məxsus olmuş avtomobil Memorial Qaraj binasında aparılacaq əsaslı təmir işləri ilə əlaqədar müvəqqəti saxlanca köçürülüb.

Muzey-qoruğun direktoru Yevgeniya Saramudanın sözlərinə görə, avtomobil öz gücü ilə hərəkət edə bilmədiyindən onun daşınması üçün xüsusi layihə hazırlanıb.

Daşınma əməliyyatına 15 mütəxəssis, iki çəngəlli yükləyici və bir manipulyator cəlb olunub.

Avtomobil əvvəlcə xüsusi platformaya yerləşdirilib, daha sonra manipulyator vasitəsilə müvəqqəti saxlanma yerinə aparılıb.

Maşının 2026-cı ilin sonunda yenidən Memorial Qaraja qaytarılması planlaşdırılır. Bu müddətdə binada əsaslı təmir işləri görüləcək və muzey ekspozisiyası yenilənəcək.

Qeyd edək ki, “Rolls-Royce Silver Ghost” 1922-ci ildə İngiltərədən Lenin üçün alınıb. 1928-ci ildə isə fransız mühəndis Adolf Keqressin hazırladığı yarımpaletli hərəkət sistemi ilə təchiz edilib. Bu, dünyada həmin konstruksiyaya malik qorunub saxlanılan yeganə “Rolls-Royce Silver Ghost” hesab olunur.

len

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: