Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 5 məktəbdə boş qalan yerlərə I sinfə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə I sinfə elektron qəbul zamanı üstünlük hüququ tətbiq edilən 5 məktəbdə boş qalan yerlər üçün sərbəst seçim imkanı yaradılacaq.
Qeyd olunub ki, həmin tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Sərbəst qəbulun aparılacağı məktəblər bunlardır: