Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Peskovun sözlərinə görə, danışıq Avrasiya İqtisadi Birliyinin (AİB) Ermənistanla bağlı bəyanatından sonra baş tutub.
O bildirib ki, söhbət zamanı Ermənistanın gələcək xarici-siyasi kursu da müzakirə edilib. Peskovun ifadəsinə görə, ölkənin hansı istiqamətdə inkişaf edəcəyinə xalqın qərar verməsinin vacibliyi vurğulanıb və bunun üçün təcili referendum keçirilməsi ideyası səsləndirilib.
Kreml nümayəndəsi qeyd edib ki, Ermənistanın gələcək seçimi ilə bağlı məsələlərin ictimai iradəyə əsaslanması vacib hesab olunur.
Tahir Turan
Globalinfo.az