“Suriyanın Livana hərbi müdaxilə etmək planı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Əl Şaraa deyib.
“Livanla böyük quru sərhədi var, ona görə də qonşu ölkədə baş verən hadisələr Dəməşqə təsir edir. Suriya Livanda vəziyyətin gərginləşməsinə görə narahatdır. Lakin hərbi müdaxilə etmək niyyətimiz yoxdur”, – o, bildirib.
Əliyar Xəlil
Globalinfo.az