Rusiyanı beynəlxalq arenada təcrid etmək cəhdləri uğursuzluqla nəticələnib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, ölkəyə qarşı həyata keçirilən siyasi və diplomatik təzyiqlər gözlənilən effekti verməyib.
“Moskva müdafiə və təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığını davam etdirir, tərəfdaş ölkələrlə əlaqələrini genişləndirir və bu istiqamətdə fəaliyyətini dayandırmayıb.
Həyata keçirilən təcrid siyasəti ölkənin təhlükəsizlik və müdafiə sahəsindəki mövqeyini zəiflətməyib, əksinə, əməkdaşlıq imkanları artıb”, – Rusiya lideri bildirib.
Tahir Turan
Globalinfo.az