Rumıniya Xarici İşlər Nazirliyi son üç gündə ölkə hava məkanında qeydə alınan pilotsuz uçuş aparatları insidentləri ilə əlaqədar Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi nazirliyə çağırıb.
Globalinfo.az xəbər verir k, bu barədə XİN rəhbəri Oana Tsoyu məlumat verib.
O bildirib ki, iyulun 24-də zərərsizləşdirilən PUA-nın Rusiyanın Ukraynada istifadə etdiyi “Şahed” tipli dron olduğu müəyyən edilib.
Digər iki insident üzrə araşdırma davam edir.
Qeyd edək ki, iyulun 26-da Rumıniyanın F-16 qırıcısı ölkənin hava məkanını pozan daha bir dronu vurub.