ABŞ Prezidenti Donald Tramp İranla təmasların müsbət istiqamətdə davam etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. O bildirib ki, Vaşinqton və Tehran arasında hazırda danışıqlar gedir.
Trampın sözlərinə görə, İran tərəfi razılıq əldə etmək istəyir, lakin bəzən sərt mövqe nümayiş etdirmək üçün bunun əksini bəyan edir.
“Saziş bağlamaq istəyirlər. Bəzən isə saziş istəmədiklərini deyirlər, çünki sərt adam rolunu oynamaq istəyirlər. İki yol var: ya onları parça-parça edə bilərik, ya da onlarla danışıqlar apara bilərik. Biz hazırda məhz bunu edirik. Hətta elə indi danışdığımız anda belə onlarla əlaqədəyik”, – deyə Tramp bildirib.
Tahir Turan
Globalinfo.az