Xalq artisti Tofiq Mirzəyev bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Globalinfo.az bildirir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, həmin qəbiristanlıqda onun anası Bela Moiseyeva, qardaşı Teymur və bacısı Leyla Mirzəyevalar da dəfn ediliblər.
“Tofiq Mirzəyev aktiv həyat tərzi sürürdü. Onun həyata keçirməyi arzuladığı, lakin hələ tamamlamadığı planları var idi. Ancaq tale başqa cür hökm verdi. İki ay əvvəl Tofiq Mirzəyev insult keçirmişdi. O, həmin vaxtdan sonra tam sağala bilməmişdi. İndi ondan yadigar oğlu Teymur qaldı”, – deyə Y.Salman qeyd edib.