Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatında 56 ildir təkrarlanmayan nailiyyətə imza atıb.
Globalinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu İngiltərə ilə üçüncü yer uğrunda keçirilən görüşdə vurduğu qolla DÇ-2026-da qol sayını 10-a çatdırıb.
Bununla da Mbappe 1970-ci ildən bəri bir dünya çempionatında 8 qoldan çox vuran ilk futbolçu olub. Sonuncu dəfə bu göstəriciyə Almaniya millisinin əfsanəvi hücumçusu Gerd Müller nail olub. O, 1970-ci il mundialında 10 dəfə fərqlənib.
1970-ci ildən sonra bir dünya çempionatında ən çox qol vuran futbolçular 8 qolla kifayətlənib. Bu nəticəyə 2002-ci ildə braziliyalı Ronaldo, 2022-ci ildə isə Mbappenin özü imza atıb.
Bir dünya çempionatında ən çox qol vuran futbolçu rekordu isə Fransa millisinin sabiq hücumçusu Jüst Fontenə məxsusdur. O, 1958-ci il mundialında 13 qol vurub. Bu göstəricidən sonra ən yaxşı nəticə 1954-cü ildə 11 qolla Macarıstan millisinin futbolçusu Şandor Koçişə, 1970-ci ildə isə 10 qolla Gerd Müllerə məxsusdur.
Aysel Əliyeva
Globalinfo.az