İranla ABŞ arasında keçirilən təmaslarda ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsdlə bağlı iddialar müzakirə mövzusu olmayıb.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Bu məsələ heç vaxt danışıqlarımızın gündəliyində olmayıb”, – deyə o vurğulayıb.
Bəqayinin sözlərinə görə, beynəlxalq arenada istənilən dəyişiklik və hadisədən öz maraqları naminə istifadə etməyə çalışan qüvvələrin mövcudluğu şübhə doğurmur.
Bundan əvvəl Donald Tramp İrandan ona qarşı sui-qəsd təhlükəsinin ola biləcəyini iddia etsə də, bu barədə hər hansı sübut təqdim etməyib.
Daha əvvəl “The Wall Street Journal” mənbələrə istinadən İsrailin ABŞ-yə İranın guya Trampa qarşı sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatları ötürdüyünü yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az