Mərkəzi Nəbatat Bağının iş saatları vətəndaşların müraciət və təklifləri nəzərə alınaraq uzadılıb.
Globalinfo.az bildirir ki, Modern.az-ın Nəbatat Bağından əldə etdiyi məlumata görə, əvvəllər bağ ziyarətçiləri hər gün saat 09:00-dan 18:00-dək qəbul edirdisə, artıq giriş saat 19:00-dək mümkün olacaq.
Bildirilib ki, kassalar hər gün saat 19:00-dək fəaliyyət göstərəcək. Ziyarətçilər isə bağın ərazisini saat 21:00-dək tərk edə biləcəklər.