Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.