kart 0

Bank kartlarından əsassız şəkildə silinən vəsaitlərin bir qisminin hələ də qaytarılmadığı bildirilir.

Yaranmış vəziyyətin səbəbi nədir? Bu cür halların təkrarlanmaması üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, bank kartları ilə bağlı yaranan böhran əsasən bu sektorda maliyyə çətinlikləri, likvidlik çatışmazlığı, zəif risk idarəetməsi və bəzi hallarda texniki nasazlıqlar nəticəsində baş verib:

“Bu vəziyyət əmanətçilər arasında narahatlıq yaratdı, bir çox insan vəsaitini banklardan çıxarmağa çalışdı. Qanunvericiliyə uyğun olaraq sığortalanmış əmanətlər əmanətlərin sığortalanması sistemi vasitəsilə vətəndaşlara geri ödənildi, sığorta limitini aşan məbləğlərin qaytarılması isə ləğvetmə prosedurları çərçivəsində həyata keçirildi”.

Ekspert hesab edir ki, gələcəkdə bu kimi halların qarşısını almaq üçün bank nəzarəti gücləndirilməlidir:

“Eyni zamanda, maliyyə sabitliyi və likvidlik tələbləri sərtləşdirilməli, kibertəhlükəsizlik tədbirləri genişləndirilməli və əmanətçilərin vəsaitlərini müxtəlif banklar arasında bölüşdürməsi təşviq edilməlidir. Bu addımlar həm bank sisteminə etimadı artıracaq, həm də mümkün risklərin təsirini minimuma endirəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: