6a316300377a36a316300377a417816215046a316300377a16a316300377a2

16 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk İnvestisiya Fondunun Prezidenti Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Türk İnvestisiya Fondu arasında əməkdaşlıq gündəliyində duran məsələlər, Fondun fəaliyyət istiqamətləri və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tətəflər Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə yaradılmış Türk İnvestisiya Fondunun türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və regionun dayanıqlı inkişafına töhfə baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Azərbaycanın irəlilətdiyi layihələrin regional bağlantıların gücləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafında oynadığı rol qeyd olunub. Bu çərçivədə, Orta Dəhlizin potensialının artırılması, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı, həmçinin ölkəmizin mühüm logistika və nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məıumat verilib.

Nazir Ceyhun Bayramov Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında formalaşdırılan nəqliyyat-logistika infrastrukturunun regional ticarət və yükdaşımaların həcminin artırılmasına xidmət etdiyini bildirib.

Bununla yanaşı, alternativ enerji sahəsində görülən işlər barədə məlumat verilib.

Tərəflər Türk dünyasının iqtisadi potensialının daha səmərəli reallaşdırılması, qarşılıqlı faydalı investisiya layihələrinin təşviqi, nəqliyyat, enerji və infrastruktur sahələrində birgə səylərin artırılmasının ortaq rifahın möhkəmləndirilməsinə və regionun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

6a3163005c5116a3163005c51217816215046a3163005c50e6a3163005c510 6a31630049e556a31630049e5617816215046a31630049e526a31630049e53

Paylaş: