pezeskian 09 900x600 1

ABŞİran arasında razılaşdırılan memorandumun bütün bəndləri lazımi qaydada icra olunsa, Tehran regionda yeni şərait formalaşdıra biləcək.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O, memorandumun bütün detallarının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını deyib.

İran lideri həmçinin danışıqlar prosesində iştirak edən şəxslərə, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurasının üzvləri və digər iştirakçılara təşəkkürünü ifadə edib.

Məlumata görə, İran və ABŞ arasında hazırlanan memorandum 14 bənddən ibarətdir. Sənəddə bütün istiqamətlərdə, o cümlədən Livan ərazisində hərbi əməliyyatların dərhal və daimi dayandırılması nəzərdə tutulur.

Memoranduma əsasən, ABŞ İran sərhədlərinə yaxın bölgələrdən qoşunlarını çıxarmalı, ölkənin suverenliyinə hörmət etməli və onun daxili işlərinə müdaxilə etməməlidir.

Sənəd həmçinin İranın dəniz blokadasının 30 gün ərzində tam aradan qaldırılmasını və Hörmüz boğazı üzərindən sərbəst gəmiçiliyin bərpasını nəzərdə tutur.

Bundan başqa, memorandumda İran neftinin satışına tətbiq olunan sanksiyaların dayandırılması, ABŞ-ın yeni məhdudiyyətlər tətbiq etməməsi və danışıqlar dövründə regiondakı hərbi mövcudluğunu artırmaması ilə bağlı öhdəliklər də yer alıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: