Semed Vurdun 111 900x600 2

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Ermənistana səfəri çərçivəsində Dilicanda olub. Sözügedən şəhər Azərbaycan tarixində də mühüm yer tutur. Öz təbiəti, gözəlliyi və özünəməxsus ab-havası ilə seçilən bu şəhər vaxtilə xalq şairi Səməd Vurğunun da diqqətini cəlb edib. 

Globalinfo.az Səməd Vurğunun “Dilican dərəsi” şeirini təqdim edir:

Yenə gördüm səni Dilcan dərəsi,

Yadıma çox köhnə zamanlar gəlir.

Ömür dedikləri bir karvan yolu,

Nə canlar gedərək, nə canlar gəlir.

 

Fələklər yaratmış bu yeri cənnət –

Desəm, çox münasib həqqindir əlbət.

Səndə var doğruluq, var səmimiyyət,

O ibrət bağına loğmanlar gəlir.

 

Daşlar yaralandı günün telindən.

Əmərsən dağların qarlı selindən.

Sənə qonşu olan Qazax elindən

Vəfalım,vəfasız mehmanlar gəlir.

 

Yüksəlir tar səsi hər eyvanından,

Quşlar qanad salar keçsə yanından.

Daşlar boyanmışdı bir gün qanından,

Xəyalına qara dövranlar gəlir…

Paylaş: