dursun hesenov

Ötən gün qəfil dünyasını dəyişən Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun hansı tanınmış şəxsin qardaşı olduğu üzə çıxıb.

“Unikal” xəbər verir ki, o, xarici işlər nazirinin sabiq müavini Ramiz Həsənovun qardaşı imiş.

Qəfil ölən keçmiş səfir tanınmış şəxsin QARDAŞI İMİŞ - FOTO

Ramiz Həsənov

***10:57

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Bakıda, yaşadığı evdə dünyasını dəyişib.

Globalinfo.az Bizimmedia-ya istinadən xəbər verir ki, mərhumun ürək çatışmazlığından (infarkt) öldüyü bildirilir.

Qeyd edək ki, bu gün saat 11:00-da Təzə Pir məscidində Dursun Həsənovla vida mərasimi olacaq.

Mərhum Bakıda dəfn olunacaq.

***09:21

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.

Globalinfo.az Aktual.ge-yə istinadən xəbər verir ki, o, Bakıdakı evində dünyasını dəyişib.

Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti kəndindəndir.

O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Paylaş: