Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində yeddi nəqliyyat vasitəsi toqquşub, üç nəfər xəsarət alıb:
“İyunun 9-u saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 99-NQ-646 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtobus, 90-MN-355 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı minik avtomobili, 99-FY-794 dövlət nömrə nişanlı “Ford” markalı nəqliyyat vasitəsi, 77-BU-120 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi, 88-BM-460 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil, 90-BV-008 dövlət nömrə nişanlı “Changan” markalı avtomobil, 90-RA-349 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobil toqquşub. Qəza nəticəsində 90-MN-355 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı minik avtomobilinin sürücüsü Məhəmməd Mübariz oğlu Zeynalov, həmin nəqliyyat vasitəsindəki sərnişin Elçin Vaqif oğlu Sultanəliyev, 77-BU-120 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsinin sürücüsü Vüqar Eyvaz oğlu Abdullayev xəsarət alıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır”.
***15:52
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın qaynar xəttinə daxil olan məlumata görə, hadisə nəticəsində 10 nəqliyyat vasitəsi toqquşub.
Hadisə zamanı “Mercedes” markalı avtomobil, “Iveco” markalı sərnişin avtobusu, “Mercedes Viano” və “Ford Transit” avtomobillərinə maddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.
Ətraflı videogörüntünü təqdim edirik: