İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Tramp administrasiyasını razılaşdırılmış memorandumun şərtlərinə əməl etməməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qalibafın sözlərinə görə, Vaşinqtonun son addımları tərəflər arasında əldə olunan razılaşmaların ruhuna ziddir və bu, ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə sadiqliyi ilə bağlı ciddi suallar yaradır.
Parlament sədri bildirib ki, baş verənlər ABŞ-ın nə atəşkəs rejiminin qorunmasına, nə də konstruktiv dialoqun davam etdirilməsinə tam bağlı olduğunu nümayiş etdirir.
O, yaranan vəziyyətin tərəflər arasında etimadın zəifləməsinə səbəb ola biləcəyini də vurğulayıb.
Tahir Turan
Globalinfo.az