6a26cf9547e786a26cf9547e7917809284051568d1f5cb9c3ea898279838d7676996 5

8 iyun tarixində İstanbul şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlər Azərbaycan və Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluğa əsaslanan münasibətlərin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhlizin regional və qlobal əhəmiyyətini qeyd ediblər.

Görüşdə regional təhlükəsizlik məsələləri, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının regional rifahın, enerji və nəqliyyat bağlantılarının gücləndirilməsinə töhfə verdiyini qeyd edərək, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi niyyətini ifadə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də nəzərdən keçirilib.

***19:52

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə ikitərəfli görüş keçirib.

Globalinfo.az xəbər verir ki, nazir bu barədə özünün “X” hesabında paylaşım edib.

Nazir İstanbulda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu Üçtərəfli Görüşü çərçivəsində baş tutan müzakirələrin detallarını bölüşüb:

“İstanbulda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu Üçtərəfli Görüşü çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşməkdən məmnunluq duyuram.

Görüş zamanı Azərbaycanla Gürcüstan arasındakı güclü strateji tərəfdaşlığı, energetika, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığı, eləcə də regiondakı son prosesləri müzakirə etdik.

Biz birgə layihələrin irəlilədilməsinə və bölgəmizin rifahı, həmçinin sabitliyi naminə əməkdaşlığın daha da gücləndirilməsinə dair ortaq sadiqliyimizi bir daha təsdiq etdik”.

Qeyd edək ki, İstanbulda keçirilən üçtərəfli nazirlər iclasında regional təhlükəsizlik məsələləri ilə yanaşı, “Orta Dəhliz” və Bakı-Tbilisi-Qars dəmiryolu xətti kimi strateji layihələr əsas müzakirə mövzusu olub.

Paylaş: