tehran partlayish yeni2

Tehranın mərkəzində yerləşən İran Xarici İşlər Nazirliyinin binası yaxınlığında güclü partlayışlar baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalının məlumat yayıb.

İlk partlayış İran Xarici İşlər Nazirliyinin binasını silkələyib. Yerli media, o cümlədən Fars xəbər agentliyi hadisəni təsdiqləsə də, partlayışın dəqiq yeri və səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, bir qədər əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransı keçirib.

Paylaş: