Tanınmış azərbaycanlı blogerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova Tailandda qəzaya düşüblər.
Globalinfo.az xəbər verir ki, hadisə barədə Həsti Həsənova sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, cütlük həmin gün Bakıya qayıtmağa hazırlaşırmış. Adadakı son günlərində mopedlə hərəkətdə olarkən qəza baş verib.
“Yolda gedərkən bir anda gözüm qaraldı. Özümə gələndə gördüm ki, moped aşıb, mən bir tərəfdə, Vahid isə digər tərəfdə qan içində uzanmışıq. Ətrafımıza insanlar toplaşmışdı, bəziləri su verir, bəziləri əşyalarımızı yığmağa kömək edirdi. Vahid özündə deyildi, gözləri bağlı idi və hərəkət edə bilmirdi. Həmin an yaşadığım qorxunu sözlə ifadə etmək çətindir”, – deyə o qeyd edib.
Bloger bildirib ki, Vahid Həsənovun 9 qabırğası və körpücük sümüyü sınıb, çiynində isə çat aşkarlanıb.