2025 01 15t155900z 1692493471 rc2facarizl5 rtrmadp 3 usa trump rubio 900x600 2

“Hazırda Ukrayna, RusiyaABŞ arasında üçtərəfli danışıqlar aparılmır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, ABŞ nəticə olmadığı üçün bu formatda iştirakını dayandırıb. Rubio qeyd edib ki, indiyədək keçirilən görüşlər heç bir real irəliləyiş vermədiyindən Vaşinqton vasitəçilik prosesindən geri çəkilib.

ABŞ dövlət katibi əlavə edib ki, gələcəkdə uyğun şərait yaranarsa, Vaşinqton yenidən danışıqlara qoşula və vasitəçi missiyasını bərpa edə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: