69f9d57d856aa69f9d57d856ab177798079769f9d57d856a869f9d57d856a9 1

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir.

Globalinfo.az AZERTAG-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Hicran Nəsirova deyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman mədəniyyətə, incəsənət xadimlərinə xüsusi diqqət və qayğı göstərib: “Bu diqqət sənət adamlarını daha da ruhlandırır”.

Səhhətində yaranan problemlər səbəbi ilə bir müddət film və tamaşalarda rol ala bilmədiyini diqqətə çatdıran aktrisa deyib: “Tamaşaçılarım üçün çox darıxmışam. Ümid edirəm ki, yenidən səhnədə və ekran qarşısında onlarla görüşəcəyəm. Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram”.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 7-də imzaladığı Sərəncamla Hicran Nəsirovaya Prezidentin fərdi təqaüdü verilib.

Paylaş: