Iran 5 1536x982 1 900x575 1

İranda münaqişə və gərginliklərin başladığı dövrdən bəri 21 nəfər edam edilib, 4 mindən çox insan isə saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatından (BMT) bildirilib.

Məlumata görə, edam edilənlər arasında 2026-cı ilin yanvarında başlayan ümumxalq etirazları ilə əlaqədar ölüm cəzasına məhkum edilən ən azı 9 nəfər var. Daha 10 nəfər müxalif qruplara üzvlükdə, 2 nəfər isə casusluqda ittiham olunaraq edam edilib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi qeyd edib ki, ölkədə internetin demək olar ki, tam məhdudlaşdırılması və məhkəmə sistemində şəffaflığın olmaması səbəbindən repressiyaların real miqyası daha böyük ola bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: