M%C9%99h%C9%99mm%C9%99d Baqer Qalibaf 900x506 2

İran parlament sədri Məhəmməd Bağır Qalibaf sui-qəsd cəhdinə məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Rəyasət Heyətinin üzvü Abbas Papizadə deyib.

Onun sözlərinə görə, Qalibaf danışıqlar qrupunun rəhbəri kimi bir neçə dəfə birbaşa hədəf alınıb və onun olduğu məkanlara raket zərbələri endirilib.

“Həyata keçirilən iki uğursuz sui-qəsd cəhdinin səbəbi Qalibafın danışıqlarda güzəştə getməyəcəyi istiqamətində niyyəti olub. Bunu bilən qüvvələr onu aradan qaldırmaq istəyib”, – deyə A.Papozadə bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: