ABŞ-da xüsusi təyinatlı hərbçi həbs edilib. O, Venesuelanın sabiq prezidenti Nikolas Maduroya qarşı keçirilən əməliyyat üzrə mərc edərək 400 min dollar qazanmaqda ittiham olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“İttiham aktına görə, serjant Qannon Ken Van Dayk əməliyyatın planlaşdırılmasında iştirak edib və hadisələrdən bir neçə gün əvvəl Maduronun yanvar ayına qədər “aradan qaldırılacağına” dair 32 min dollar mərcə girib.
Nəticədə o, 400 min dollardan çox qazanc əldə edib.
Qannon Ken Van Dayka qarşı dələduzluq, oğurluq və məxfi məlumatlardan qanunsuz istifadə maddələri ilə ittiham irəli sürülüb.
Safura Bənnayeva
Globalinfo.az