Putinin Qələbə Paradına bu liderlər qatılacaq – SİYAHI

Mayın 9-da Moskvada Qələbə Paradı keçiriləcək.

Globalinfo.az xəbər verir ki, Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünə həsr olunmuş hərbi paradda bir çox ölkələrin liderləri iştirak edəcək.

Qırğızıstan prezidenti Sadır Japarov Moskvada keçiriləcək Qələbə paradına qatılacaq. Qırğızıstan liderinin mətbuat xidmətinin məlumatına görə, o, bayram ərəfəsində Rusiyaya işgüzar səfərə gələcək.

Qvineya-Bisau Prezidenti Oumarou Sisoku Embalo Rusiyaya səfər edəcək və Qələbə Paradının fəxri qonağı olacaq.

Kuba prezidenti Migel Diaz-Canel Qələbə Paradında iştirak üçün Moskvaya səfər etmək niyyətindədir.

Mayın 9-da Tacikistan prezidenti Emoməli Rəhmon da Rusiya paytaxtına gələcək.

Fəxri qonaqlar sırasına Türkmənistanın rəhbəri Serdar Berdiməhəmmədov da qoşulacaq.

Qazaxıstan lideri Kasım-Jomart Tokayev mayın 8-9-da Rusiyaya işgüzar səfər edəcək. Bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay bildirib.

Qələbə bayramında Özbəkistan və Belarus liderləri də iştirak edəcəklər.

Qeyd edək ki, Rusiyada Qələbə paradları 7 qəhrəman şəhərdə və hərbi dairələrin qərargahlarının yerləşdiyi 18 şəhərdə keçiriləcək. Şoyqunun sözlərinə görə, ümumilikdə bayramda təxminən 150 min insan iştirak edəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az