FotoJet 2023 03 08T202648.081

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb.

71-BD-066 dövlət nömrə nişanlı “KIA Cerato” markalı avtomobil 68-TA-085 dövlət nömrə nişanlı taksi ilə toqquşub.

Qəza nəticəsində “KIA” markalı avtomobil aşıb.

Həmin nəqliyyat vasitəsinin sürücüsü, 1997-ci il təvəllüdlü Naxçıvan şəhər sakini İsmayıl Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

6408b35da697a6408b35da697b16782918056408b35da69776408b35da6978 6408b35d9883e6408b35d9883f16782918056408b35d9883c6408b35d9883d

Paylaş: