space tv 900x506 1

Space TV-də müxbirlərin işlə bağlı etiraza başladığı bildirilir.

Globalinfo.az-a daxil olan məlumata görə, dünən rəhbərlik onları müxtəlif tədbirlərin çəkilişinə göndərə bilməyib.

Mənbə bildirir ki, bəzi tədbirlərə göndərişlə bağlı mübahisələr yaranıb və müxbirlər həmin tapşırıqları yerinə yetirməkdən imtina ediblər:

“Dünən müxbirlər gün boyu etiraz edib, maaş tələbi irəli sürüblər. İcraçı direktor Nəriman Əbdüləliyev bu gün saat 15:00-da ümumi iclas çağırıb. İşçilərin əksəriyyətinin iclasa qatılmaqdan imtina etdiyi bildirilir. Buna səbəb kimi Xəbərlər Departamentinə Pərvin İsmayılova adlı şəxsin rəhbər təyin olunması göstərilir. Müxbirlərin bir qismi onun ali təhsilli olmamasını əsas gətirərək rəhbərliyini qəbul etmədiklərini deyirlər.

Elman Bakuvi işdən ayrıldıqdan sonra Günel Şahmalıqızı da vəzifəsindən azad edilib. Bunun ali təhsilli tanınmış jurnalistlərin telekanaldan kənarlaşdırılması ilə bağlı olduğu deyilir. Hazırda Space TV-də iclasın davam etdiyi, Nəriman Əbdüləliyevin jurnalistlər arasında yaranmış narazılığı aradan qaldırmağa çalışdığı bildirilir”.

Axar.az-a daxil olan məlumatda isə iddia edilir ki, yaxın müddətdə Space TV-nin fəaliyyətinə xitam veriləcək.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: